Florida yarımadasının cənub şərqində yerləşən Baham adalarında yüngül motorlu təyyarə qəzaya uğrayıb.
Teleqraf.com lenta.ru-ya istinadən xəbər verir ki, Lear 36 tipli təyyarənin göyərtəsində 9 nəfər olub. Rəsmilər bütün heyətin həlak olduğunu açıqlayıb.
Polisin verdiyi məlumata görə, konfransda iştirak etmək üçün Bahamın paytaxtı Nassau Friport şəhərinə eniş etməyə çalışan təyyarə yük kranı ilə toqquşub.
Faktla bağlı araşdırmalara başlanıb.
Samir