ABŞ-ın Nyu-York metrosunda lüt olan sərnişin görənləri şoka salıb.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, yalnız ayaqlarında idman ayyaqabısı və corab olan adamın şəkli sosial şəbəkələrdə də yer alıb. Bu hadisənin şəklini özünün mobil telefonu ilə çəkən və sosial şəbəkələdə yayan şəxsin adı isə Peter Davisdir. O qeyd edib ki, hər zaman olduğu kimi evə gedərkən metroda sərxoş və lüt olan bu insanla qarşılaşıb:
“Bir əlində spirtli içki şüşəsi tutan lüt adamı görüncə, hamı kimi mən də şok oldum. Bütün insanlar əllərində ağıllı telefonlara baxırdılar. Bəlli olurdu ki, insanlar bu adamdan qorxmuşdular”.
P. Davis çılpaq adamın 6 stansiya bu vəziyyətdə getdikdən sonra digərində düşüb getdiyini deyib.
AZAD