8 Sentyabr 2021 08:46
796
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın 45-ci prezidenti, respublikaçı Donald Tramp 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak etməyi planlaşdırır.

Teleqraf.com xəbər verir ki, bu barədə "Politico" qəzeti mənbələrə istinadən xəbər verir.

Məlumata əsasən, son vaxtlar D.Tramp xəbərlər gündəmində daha tez-tez yer alır. Bundan əlavə, onun qərargahı Ağ Evin hazırkı rəhbəri Cozef Bayden haqqında mətbuatda getdikcə daha çox tənqidi məlumatlar yerləşdirir.

Mənbələrin sözlərinə görə, koronavirus statistikasının pisləşməsi səbəbindən C.Baydenin reytinqinin aşağı düşməsindən sonra D.Trampda siyasi ambisiyalar yenidən oyanıb: "Əslində o hələ qərar verməyib, amma hamımız onun iştirak edəcəyini düşünürük".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər