10 Noyabr 2014 15:55
784
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün vəfatının 76-cı ildönümü ilə əlaqədar Ankarada anma mərasimi keçirilib.

Teleqraf.com-un məlumatına görə, mərasimdə Prezident Rəcəb Tayyib Ərdoğan, Baş nazir Əhməd Davudoğlu, Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək və digər rəsmi şəxslər, siyasi partiyaların rəhbərləri, Ankaradakı diplomatik korpusun, ölkə ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərə - Anıtqəbir ziyarət olunub, ruhuna dualar oxunub. Yerli vaxtla saat 09.05-də ölkə ərazisində bir dəqiqəlik sükut elan edilib. Türkiyə Silahlı Qüvvələrinin hərbi təyyarəsi Anıtqəbirin üzərində - səmada ürək şəkli çəkib.


Müəllif: