8 Sentyabr 2021 17:36
1 070
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstanın ölkədən qaçmış prezidenti Əşrəf Qani bəyanat yayıb.

Teleqraf.com xəbər verir ki, bəyanat Əşrəf Qaninin Tvitter səhifəsində yerləşdirilib.

"Kabili tərk etmək barədə qərar həyatımın ən çətin qərarı idi", - deyib.

Devrilmiş prezident hər şeyin bu cür faciə ilə başa çatmasına görə Əfqanıstan xalqından üzr istəyib.

"Mən inanırdım ki, Kabili tərk etmək silahları susdurmaq və şəhərin 6 milyon əhalisini qorumaq üçün yeganə yoldur", - o qeyd edib.

Ə.Qani Əfqanıstanı tərk edərkən külli miqdarda pul vəsaitini özü ilə aparması barədə yayılmış məlumatları bir daha təkzib edib. O, rəsmi audit və ya BMT xətti ilə maliyyə araşdırmasının təşkil edilməsini dəstəkləyəcəyini vurğulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər