Sakit Okeanın cənubunda yerləşən Ficidə COVID-19-a yoluxan 4 aylıq körpə ölüb.
Teleqraf.com xəbər verir ki, bu məlumatı Fici Səhiyyə naziri Ceyms Fonq açıqlanyıb.
Körpə sentyabrın 1-də yüngül tənəffüs çatışmazlığı diaqonuzu ilə paytaxt Suvadakı sağlamlıq mərkəzinə gətirilib. Anası körpənin xəstəxanaya gətirilməzdən iki gün əvvəl öskürdüyünü və əsəbi olduğunu deyib.
Xəstəxanaya yerləşdirildikdən 5 gün sonra körpə vəfat edib.
Nazirliyin yaydığı məlumata görə, ölkədə son 24 saatda 240 nəfər koronavirusa yoluxub. Son sutka ərzində 3 xəstə dünyasını dəyişib. Onlardan biri 66, digəri 76 yaşında dünyasını dəyişib.
Ölkədə bu günədək 48 393 nəfər virusa yoluxub, 528-i dünyasını dəyişib.