İranın İraqın Ərbil şəhərinin sərhəd ərazilərini artilleriya atışları ilə vurduğu bildirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ərbildə fəaliyyət göstərən “Kürdüstan 24” telekanalı məlumat yayıb.
İran ordusunun artilleriya birliklərinin bu gün səhər saatlarında Sidekan bölgəsinə zərbələr endirdiyi deyilib.
İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) sentyabrın 6-da İraq Kürd Regional Hökumətinə bağlı bəzi terrorçu qruplaşmaların bölgədəki fəaliyyətlərinin qarşısını almaq üçün Şimali İraqı hədəf ala biləcəyini açıqlayıb.
SEPAH 2018-ci ildə də Ərbildə fəaliyyət göstərən İran-Kürdüstan Demokratik Partiyasına məxsus düşərgəni ballistik raketlərlə vurmuşdu. Hücumda yüksək rütbəli şəxslərin də olduğu 16 qruplaşma üzvü öldürülmüş, təxminən nəfər adam yaralanmışdı.
İran tərəfindən terror təşkilatı sayılan İKDP İrandan çəkildikdən sonra 1991-ci ildən bəri Şimali İraqa sığınıb.
Qeyd edək ki, son günlərdə PKK terror təşkilatına bağlı birliklərin Güney Azərbaycanda dinc sakinlərə hücum etmələri barədə məlumat yayılır.