9 Sentyabr 2021 17:24
863
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Villiam Burns Əfqanıstandakı son durumu müzakirə etmək üçün İslamabada gedib.

Teleqraf.com xəbər verir ki, Pakistan ordusunun Xalqla Əlaqələr Departamenti MKİ direktoru Burnsun Quru Qoşunları Komandanı Kamar Cavid Bacva və Pakistan xidmətlər arası kəşfiyyat rəhbəri Faiz Hamdi ilə görüşdüyünü təsdiq edib.

İki ölkə arasında qarşılıqlı maraqlar, regional təhlükəsizlik və Əfqanıstandakı son durumun müzakirə edildiyi toplantıda Pakistanın bölgədə sülh və əfqan xalqının gəlləcəyi üçün beynəlxalq portnyorları ilə əməkdaşlıq qərarı ifadə edilib.

MKİ direktoru Burns uğurlu təxliyə əməliyyatı və regional sabitliyin təmin edilməsi daxil olmaqla Pakistanın Əfqanıstandakı rolunu təqdir edib.

Məlumat üçün qeyd edək ki, MKİ şefi Pakistandan öncə Hinstanla da danışıqlar aparıb.

ABŞ-ın Əfqanıstanı tərk etməsi hazırda MKİ-ni çox pis vəziyyətə qoyub. Qeyri-rəsmi məlumatlara görə MKİ Əfqanıstanla sərhəd dövlətlərdə öz bazasını və kəşfiyyat informasiya ofisini qurmaq üçün danışıqlar aparır.


Müəllif: Cavad

Oxşar xəbərlər