10 Noyabr 2014 19:30
936
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin yanvar-sentyabr aylarında Rusiyanın neft ixracatı dəyər həcmində ötənilki dövrlə müqayisədə 5,2 faiz azalıb.

Teleqraf.com-un UNİAN-a istinadən verdiyi məlumata görə, Rusiyanın bu dövrdəki neft ixracatı 121,369 milyard dollar təşkil edib. Fiziki həcmdə isə RF-nin neft ixracatında eniş 5,1 faiz olub, 175,43 milyon tondan 166,299 milyon tona düşüb.

Əsas neft ixracatı uzaq xaricin payına (114,507 milyon dollar) düşüb, lakin bu rəqəm də keçənilki dövrlə müqayisədə 4,2 faiz az olub. Rusiyanın MDB ölkələrinə neft ixracatı isə 1,84 faiz azalma ilə 6,862 milyard dollar təşkil edib.


Müəllif:

Oxşar xəbərlər