Keçən il balıq ovuna görə üz-üzə gələn İngiltərə və Fransanı bu dəfə miqrant böhranı qarşı-qarşıya qoyub.
Teleqraf.com xəbər verir ki, iki ölkə arasındakı gərginliyi artıracaq növbəti addım İngiltərə Daxili İşlər Nazirliyindən gəlib.
İngiltərə daxili işlər naziri Priti Patel Sərhəd Qüvvələrinə ölkəyə gəlmələrinə maneə törətmək üçün dənizdə miqrantları daşıyan gəmiləri geri döndərmək səlahiyyəti verib.
Patel və fransalı həmkarı keçidlərin dayandırılması ilə bağlı tədbirlər haqqında görüşüblər, amma heç bir yeni tədbir razılaşdırılmayıb.
Bir hökumət rəsmisi BBC-yə verdiyi açıqlamada taktikanın yalnız çox spesifik, məhdud şərtlər daxilində istifadə ediləcəyini söyləyib.
Mənbə əlavə etdi ki, hökumət miqrant gəmilərinin potensial olaraq Fransaya qaytarılması fikri ilə razılaşsa da, əməliyyatın detalları hələ məlum deyil.
Fransa bu addımın təhlükəli olduğunu düşünür və bunu beynəlxalq dəniz qanunlarına sayğısızlıq hesab edir.