10 Noyabr 2014 19:46
1 086
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın baş naziri İrakli Qaribaşvili sabiq xarici işlər naziri Mayya Pancikidzeni “ABŞ və Avropanın haqsız bəyanatlarını neytrallaşdıra bilməməkdə” ittiham edib.

Teleqraf.com-un “Qruziya Online” agentliyinə istinadən xəbərinə görə, baş nazir “Azad Demokratlar” Partiyası ilə müxalifətə keçmiş sabiq nazirlər Mayya Pancikidze və İrakli Alasaniyanın ünvanına ittihamlar səsləndirib.

“Hələ də Avropa və ABŞ-da belə təsəvvür var ki, guya Gürcüstanda rəqiblərə qarşı siyasi təqiblər var. İrakli Alasaniya ABŞ və Avropaya səfərləri zamanı dəfələrlə deyirdi ki, Saakaşvili rejimi vaxtında Gürcüstanda uğurlu islahatlar keçirilib və biz o islahatları davam etdirməliyik. Amma sadist qətllər, işgəncələr, qeyri-insani münasibətlər və insan haqlarının pozulmasından söz getməyib. Məhz bu mövqeyi də Mayya Pancikidze bölüşürdü. Təəssüf ki, o, hazırda ABŞ və Avropada Gürcüstana olan haqsız münasibəti neytrallaşdıra bilməyib. Mənim bütün əsaslarım var ki, bunun məqsədyönlü iş olduğunu deyim. Pancikidzenin fəaliyyəti ilə bağlı dəfələrlə suallarım yaranmışdı, Alasaniya isə açıq şəkildə bəyan edirdi ki, Saakaşvilinin kursunu davam etdirmək lazımdır”, - deyə İ.Qaribaşvili qeyd edib.

Maya Pancikidze isə mətbuata açıqlamasında baş nazirin ittihamlarını absurd adlandırıb: “Mən bu vəzifədə son iki ildə işləmişəm və öz vətənimə gecə-gündüz xidmət etmişəm. Qarşımızda duran əsas məsələləri həll etmək üçün hər şeyi etmişəm. Və məhz buna görə mən baş nazirin absurd ittihamlarına cavab verməyəcəyəm”.


Müəllif: