Bu ilin oktyabrında Türkiyənin yerli vaksini olan TURKOVAC-ın kütləvi istehsalına başlanıla bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bu gün keçirdiyi brifinqdə məlumat verib.
Onun sözlərinə görə, yerli vaksinin istifadəsi təsdiq mərhələsindədir: "Əgər təsdiqlənərsə, oktyabrda kütləvi istehsalına başlayacağıq".