10 Noyabr 2014 20:28
762
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin Qüdsdəki evlərə basqınları sırasında 1300 fələstinli nəzarətə götürülüb.

Axar.az xəbər verir ki, Girovlar Cəmiyyətinin vəkili Mufid Əl-Həcc verdiyi yazılı açıqlamasında İsrailin iyun ayından bəri 1300 fələstinlini həbs etdiyini və bunların 40%-nin uşaqlardan ibarət olduğunu bildirib.

Açıqlamada İsrailin nəzarətə götürdüyü uşaq və gənclərin çoxunun ailələrindən 800-1600 dollar alaraq sərbəst buraxıldığı qeyd edilib.

Xatırladaq ki, son günlər İsrailin Əl-Əqsa məscidində törətdiyi qanun pozuntularına görə, Qüds məhəllələrində İsrail polisi ilə fələstinli gənclər arasında tez-tez qarşıdurmalar baş verir.


Müəllif:

Oxşar xəbərlər