“Rusiya ilə müharibə apara bilərik”
Teleqraf.com “Röyter” agentliyinə istinadla xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
ABŞ-la münasibətlərin hər zamankından daha yaxşı olduğuna işarə edən Ukrayna dövlət başçısı bildirib ki, ABŞ Ukrayna NATO-ya üzv olmasına dair konkret mövqe tutmayıb.
Zelenski həmçinin əlavə edib ki, ölkəsinin Putin haqqında düşünməyə vaxtı yoxdur: “Sadəcə real görüşlərlə maraqlanıram. Heç kimə güvənmədən koronavirus epidemiyası və iqtisadi vəziyyəti düzəltmək istiqamətində mübarizə aparıram”.