Asiya Sakit okean İqtisadi Əməkdaşlığı Zirvəsi (APEC) üçün ölkə başçıları birlikdə fotoşəkil çəkdirmək üçün hazırlaşarkən Putin və Obamanın ayaq üstündə görüşdüyü qeyd edilib.
Teleqraf.com Türkiyə mətbuatına istinadən məlumatına görə, Kremlin mətbuat katibi Dmitriy Peskov bildirib ki, bu ikili görüş haqqında hələ ki bir məlumata malik deyil.
Rusiyanın “Kommersant” qəzetinin yaydığı xəbərədə isə qeyd edilir ki, Vladimir Putin və Barak Obamanın Rusiya prezidentinin şəkil çəkdirmək mərasiminə gecikdikdən sonra zirvədə iştirak edən liderlərin olduğu otağa daxil olarkən görüşüb:
“İlk olaraq Obama Putini görüb və ona əl edib. Vladimir Putin Obamanın yanına gedərək salamlaşıb. Daha sonra iki ölkə lideri danışmağa başlayıblar. 7-8 dəqiqəlik danışıqdan sonra Putin və Obama mərasimə qatılıblar”.
AZAD