10 Sentyabr 2021 23:57
1 942
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ilə Belarus arasındakı inteqrasiya prosesi ilə bağlı 28 proqramı təqdim edib.

Teleqraf.com xəbər verir ki, bu barədə iki ölkənin baş nazirlərinin bəyanatında bildirilib.

Bəyanatda qeyd edilib ki, sentyabrın 10 -da Minskdə dostluq, qarşılıqlı anlaşma və etimad mühitində Birlik Dövlətinin Nazirlər Şurasının iclası keçirilib. Nəticədə, Rusiya-Belarus inteqrasiyasını gücləndirmək üçün genişmiqyaslı vəzifələrin həyata keçirilməsinə yönəlmiş 28 proqram təsdiq olunub.

Tərəflər rominqi ləğv etmək, vahid kənd təsərrüfatı və sənaye siyasəti yaratmaq və istehlakçıların hüquqlarının müdafiəsi sahəsində vahid qaydalar qəbul etmək barədə razılığa gəliblər.

Sentyabrın 9-da Kremldə Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko arasında danışıqlar aparılıb. Görüş üç saatdan çox davam edib. Görüşün ardından keçirilən mətbuat konfransı zamanı Putin 28 proqramın hamısının Birlik Dövləti çərçivəsində koordinasiya edildiyini açıqlayıb.

Bundan sonra açıqlama verən Kremlin sözçüsü Dmitri Peskov Rusiya və Belarusun birlik parlamentinin yaradılması mövzusu ətrafında danışıqlar apardığını, bu günə qədər bu məsələnin əsaslı şəkildə müzakirə olunmadığını söyləyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər