“ABŞ Əfqanıstandan qisasını alacaq”.
Teleqraf.com xəbər verir ki, bunu keçmiş sovet təhlükəsizlik xidmətinin (KQB) xüsusi təyinatlılarının zabiti Sergey Qonçarov deyib.
Qonçarov ABŞ-ın Əfqanıstandan qisas almaq üçün yenidən geri qayıdacağını proqnozlaşdırıb.
Onun sözlərinə görə, 2001-ci il 11 sentyabr hadisələrinin təkrarlanmasını tamamilə istisna etmək mümkün deyil.
“Tarixə nəzər salsaq görərik ki, amerikalılar öz düşüncələrini, həyat tərzlərini və anlayışlarını başqa ölkələrdə yaymağa çalışırlar, Vyetnam və ya Əfqanıstanı misal çəkmək olar. Geridə yalnız şiddət və nifrət qoydular. 2001-ci ilin sentyabrında Amerikada baş verənləri unutmaq olmaz. Amerikalılar bu dəfə də Əfqanıstandan qisas alacaqlar, buna şübhəm yoxdur”, - Qonçarov qeyd edib.
O, belə bir təhlükənin Rusiya üçün də olacağını istisna etməyib:
“İŞİD Əfqanıstanda hakimiyyətə gəlsə, nə olacağını düşünün. Bu, Rusiyanın cənub qonşularına - Tacikistan, Qırğızıstan və Türkmənistana təsir edəcək. Bu ölkələrə üz tutan qaçqınların sonadək orada qalacaqlarını düşünmürəm. Sonda bizə tərəf qaçacaqlar. Heç kim bu qaçqınların heç birinin terrorçu olmadığına zəmanət vermir”.