11 Sentyabr 2021 15:42
2 179
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İsrail İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün bütün güc və imkanlarından istifadə edəcək”.

Teleqraf.com xəbər verir ki, bunu İsrail Baş naziri Naftali Bennet deyib.

Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət İranın nüvə silahı əldə etmək yönündə atdığı son addımlara cavab verməlidir:

“İran yenə dünyaya yalan danışır, üzərinə götürdüyü öhdəliklərdən yayınır, nüvə silahı istehsalı ilə əlaqədar proqramını davam etdirir. Beynəlxalq ictimaiyyət İranın bu qanun pozuntularına kəskin cavab verməlidir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər