NATO baş katibi Yens Stoltenberq Əfqanıstan missiyası və geri çəkilmə prosesi ilə bağlı hərtərəfli araşdırmanın başladığını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə baş katibin Almaniyanın “Welt am Sonntag” qəzetində yazdığı məqalədə bildirilib.
“Son bir neçə həftədə baş verən hadisələr əfqanlar üçün faciəli oldu, bunlar onları dəstəkləyən hər kəsi şoka saldı”. – Stoltenberq deyib.
O, gələcəkdə bənzər missiyalar üçün Əfqanıstan prosesindən alınacaq dərslərin olduğunu vurğulayıb: “NATO -nun iştirakı ilə bağlı soruşulacaq çox çətin suallar var. Bundan öyrənməliyik”.
Baş katibin sözlərinə görə, NATO gələcəkdə də buna bənzər missiyaları davam etdirəcək:
“Əfqanıstan Şimali Amerika və Avropanın NATO-nun köməyi ilə hərəkət etməsi lazım olan son böhran olmayacaq. Bizə zərər vermək istəyən hər zaman olacaq. Bunu 11 sentyabrda və bir çox terror hücumlarında gördük”.