Qadınlar Əfqanıstanın paytaxtı Kabildə Talibana dəstək aksiyaları keçiriblər.
Teleqraf.com xəbər verir ki, Kabul Təhsil Universitetində təşkil edilən Talibana dəstək tədbirində qadın tələbələr fars, ərəb və ingilis dillərində çıxışlar ediblər.
Çıxışlarında qadınların təhsil və iş hüquqlarının İslam qaydaları çərçivəsində müdafiə ediləcəyini bildiriblər.
Tədbirdə İslam peyğəmbəri Məhəmməd dövründən bəri mövcud olan dini həyat və hicabın əhəmiyyətindən danışılıb.
Qadınlar tədbirdə Taliban və Əfqanıstanın lehinə şüarlar səsləndiriblər.
Tədbirdən sonra qadınlar təhlükəsizlik qüvvələrinin müşayiəti ilə küçədə yürüş keçiriblər.