Cənubi Sudan hökuməti və üsyançılar atəşkəsin pozulmasına görə məsuliyyəti bir-birilərinin üzərinə qoyublar.
Teleqqraf. com-un BBC-yə istinadən verdiyi xəbərə görə, neft ilə zəngin olan Cənubi Sudanın şimal hissəsində şiddətli döyüşlər gedir.
Məlum olduğu kimi, bir neçə gün əvvəl tərəflər atəşkəs barədə sayca üçüncü saziş imzalayıblar.
Hökumət nümayəndələri hücum zamanı 20 üsyançını məhv edildiyini bildirirlər. Üsyançılar isə atəşkəsin hökumət qüvvələri tərəfindən pozulduğunu iddia edirlər.