11 Noyabr 2014 08:25
885
12 Punto 14 Punto 16 Punto 18 Punto

Boko Haram terror təşkilatının silahlıları Nigeriyanın şimal şərqindəki məktəblərin birində partlayış törədib.

Teleqraf.com-un "TRT Haber"ə istinadən məlumatına görə, polis rəsmiləri kamikadzenin törətdiyi partlayış zamanı ən azı 47 şagirdin öldürüldüyünü bildiriblər.

Ölənlərin 11-20 yaş arasında olduğu söylənilib. Partlayış nəticəsində isə 79 nəfər yaralanıb.

Xatırladaq ki, Potiskum şəhərində bir həftə əvvəl terrorçuların təşkil etdiyi hücum zamanı isə 30 nəfər həlak olmuşdu.


Müəllif: