14 Sentyabr 2021 08:25
593
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiyanın şimal-şərqindəki “Fukusima-1” təcili nüvə elektrik stansiyasının operatoru TEPCO radioaktiv su üçün ALPS maye təmizləmə sistemindəki demək olar ki, bütün filtrlərin zədələndiyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “NHK” telekanalı məlumat yayıb.

Mütəxəssislər keçən ayın sonunda sistemdən radioaktiv suyun sızmasının qarşısını almalı olan filtrlərdən birinin zədələnməsini aşkar etdikdən sonra sistemdə genişmiqyaslı yoxlama aparılmışdı. Avadanlıqlara baxış keçirilərkən məlum olub ki, 25 filtrdən 24-ü zədələnib.

Telekanal qeyd edir ki, TEPCO hələ də ALPS sistemindən radioaktiv su sızması halları qeydə almayıb.

Bənzər problem iki il əvvəl stansiyada yaranmışdı. Lakin TEPCO nasazlığın səbəbini müəyyən edə bilməmişdi. Filtrlər dəyişdirildikdən sonra sistem işləməyə davam edib.


Müəllif: Teleqraf.com