14 Sentyabr 2021 08:05
441
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Co Bayden sentyabrın 21-də Nyu-Yorkda BMT Baş Assambleyasında çıxış edəcək.

Teleqraf.com-un məlumatına görə, bu barədə Ağ Evin mətbuat xidməti bildirib.

"Associated Press" agentliyinin verdiyi məlumata əsasən, 100-dən çox dövlət və hökumət başçısı gələn həftə BMT Baş Assambleyasının dünya liderlərinin illik toplantısına şəxsən iştirak etməyi planlaşdırır.

Onların arasında - ABŞ prezidenti, İordaniya Kralı II Abdullah, Braziliya, Venesuela, Fələstin prezidentləri, həmçinin Yaponiya, Hindistan, Böyük Britaniya, İsrail Baş nazirləri.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər