15 Sentyabr 2021 00:43
1 331
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Birliyi (AB) ölkələrində yaşayan vətəndaşların əksəriyyəti Avropa prezidenti seçkiləri keçirilsə, üstünlüyü tezliklə postundan ayrılacaq Almaniya Kansleri Angela Merkel verəcəyini söyləyib.

Teleqraf.com xəbər verir ki, Avropa Xarici Əlaqələr Şurası tərəfindən AB-nin 12 ölkəsində 16 min insan arasında keçirilən sorğuda “Avropa prezident seçkisi olsaydı və namizədlər yalnız Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Angela Merkel olsaydı, hansına səs verərdiniz?” sualı verilib.

Fransa da daxil olmaqla 12 ölkədən 11-də respondentlərin əksəriyyəti Merkelə üstünlük verib. Yalnız Bolqarıstanda “Merkel” və “Makron” cavabları bərabər olub.

Merkelə ən çox diqqət Hollandiyada (58%), İspaniyada (57%), Portuqaliyada (52%), Danimarkada (46%) və Macarıstanda (44%) olub. Bu ölkələrdə Makrona üstünlük verənlərin nisbəti 20 faiz civarında olub.

Almaniyada respondentlərin 42 faizi “Merkel”, 27 faizi “Makron” cavabını verib.

Fransada da “Merkel” deyənlər üstünlük təşkil edib. Fransızların 32 faizi Merkeli, 26 faizi isə Makronu seçib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər