Fəhlə Partiyasının lideri Yonas Qar Stoerin rəhbərlik etdiyi sol blok Norveçdə keçirilən parlament seçkilərində qalib gəlib.
Teleqraf.com xəbər verir ki, dünən keçirilən seçkilərdə sol blok 8 ildir hakimiyyətdə olan Baş nazir Erna Solberqin başçılıq etdiyi sağ-mərkəz koalisiyasını məğlub edib.
3 milyon 880 min seçicinin iştirak etdiyi seçkilərdə səsvermə dünən başa çatıb.
Nəticələrə görə, sol müxalifət partiyaları 169 yerlik parlamentdə 100 yer qazanıb.
Seçkidən sonra Solberq Fəhlə Partiyasının lideri və ölkənin növbəti baş naziri olacağı gözlənilən Yonas Qar Stoerə zəng edərək təbrik edib.