15 Sentyabr 2021 16:39
667
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pentaqon rəhbəri Loyd Austin Əfqanıstan mövzusunda ABŞ Senatının Xarici əlaqələr komitəsində ifadə vermək təklifini rədd edib.

Teleqraf.com xəbər verir ki, Təmcilçilər Məclisinin Xarici əlaqələr komitəsində dövlət katibi Antoni Blinken senatorların suallarını cavablandırıb.

Baydenin Əfqanıstandan çıxmaq planını müdafiə edən Blinken bir çox senatorların sərt reaksiyası ilə üzləşib. Buna baxmayaraq dövlət katibi əvvəlki hakimiyyətin Talibanla razılaşma əldə etdiyini xatırladıb, bildirib ki, əllərində Əfqanıstandan çıxmaq və ya müharibəni alovlandırmaqla daha uzun müddət orada qalmaqdan başqa seçim olmayıb.

Senatorlar eyni zamanda müdafiə naziri Austinin komitənin qarşısına çıxmaq təklifini rədd etməsini pisləyib.

Komitənin sədri Bob Menendez deyib ki, nazir Austin komitənin tələbini rədd etməklə bizi məyus etdi: “Xüsusilə ABŞ tərəfindən təlim keçirilən və maliyyələşdirilən əfqan ordusunun tamamilə çöküşü diqqətə alındıqda Pentaqon olmadan bu iş tamamlanmış sayılmaz. Nazirin yaxın gələcəkdə komitəyə gələcəyinə inanıram. Bunu etməzsə özünün və digərlərinin ifadə verməyə məcbur etmək üçün komitə səlahiyyətlərindən istifadəsini düşünə bilərəm”.

Qeyd edək ki, ABŞ-ın Əfqanıstan Qüvvələ Komandanı, general Millerdə uzun bir müddət Konqresin ifadə vermək dəvətini reaksiyasız buraxmışdı. Ancaq general dünən Senatın Silahlı qüvvələr komitəsində qapalı iclasda ifadə verib.


Müəllif: Cavad

Oxşar xəbərlər