16 Sentyabr 2021 00:14
1 254
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya Kraliçası II Elizabet 73-cü ildönümünü sentyabrın 9-da qeyd edən Şimali Koreyanı təbrik edib.

Teleqraf.com xəbər verir ki, kraliça Şimali Koreyanın Müstəqillik Gününün qeyd edilməsindən bir neçə gün əvvəl Şimali Koreya lideri Kim Çen Ina məktub göndərib.

Şimali Koreyanın rəsmi xəbər agentliyi KCNA Kim Çen Inın sentyabrın 7-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Kraliçası II Elizabetdən təbrik məktubu aldığını bildirib.

KCNA-ya görə, sözügedən məktubda “Müstəqillik Gününü qeyd edən Koreya Xalq Demokratik Respublikası xalqına gələcək üçün ən xoş arzularımı göndərirəm” ifadəsi yer alıb.

İngiltərə Xarici İşlər Nazirliyi kraliçanın əvvəlki illərdə olduğu kimi, bu dəfə də milli bayramı münasibətilə Şimali Koreya xalqını təbrik etdiyini açıqlayıb.

Bukingem sarayı da məktubun Birlik və İnkişaf Bürosu (FCDO) vasitəsilə Şimali Koreya liderinə göndərildiyini təsdiqləyib.

Kraliçanın qərarı ölkəsində müzakirə mövzusuna çevrilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər