16 Sentyabr 2021 08:45
1 090
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) direktorunun müavini David Kohen “Əl-Qaidə” terror təşkilatının 1-2 ildən sonra yenidən Amerikanı təhdid edə biləcəyini söyləyib.

Teleqraf.com xəbər verir ki, CIA rəsmisi “Əl-Qaidə”nin bir neçə ildən sonra Əfqanıstanda yenidən güclənəcəyini iddia edib.

“Əl-Qaidənin Əfqanıstana doğru bəzi potensial hərəkətlərinin əlamətlərini artıq görməyə başlamışıq. Hazırda çox tezdir, amma bu prosesi yaxından izləyəcəyik”, - Kohen söyləyib.

Terror təşkilatının Əfqanıstanda yenidən güclənəcəyi ilə bağlı proqnozunu açıqlayan Kohen qeyd edib:

“Əl-Qaidə” və ya İŞİD nə vaxt ABŞ-ı yenidən təhdid etmək gücünə malik olacaq? 1-2 illik zaman çərçivəsi mümkün görünür”.

O, kəşfiyyatın Əfqanıstandakı əvvəlki gücünün qalmadığını da etiraf edib.


Müəllif: Mənsur Rəğbətoğlu