Rusiya Suriyanın İdlib vilayətinin Hamame, Məzra və Zərzur kəndlərinə 15 hava zərbəsi endirib.
Teleqraf.com xəbər verir ki, hücumla əlaqədar ölən və yaralılar haqqında məlumat verilməyib.
Bombardmanda iştirak edən 3 döyüş təyyarəsinin Rusiyanın Ləzgiyədəki Xmeymin bazasından qalxdığı bildirilib.
Məlumata görə, qur qırıcılarının Zərzur kəndinə təşkil etdiyi hava hücumunda Türkiyədən bir qeyri-hökumət təşkilatı tərəfindən yetim uşaqlar üçün tikilən evlər də hədəfə alınıb. Hava hücumlarını həyata keçirən təyyarələrdən atılan bombalardan biri evlərin 100 metrliyinə düşüb.
Hücumla bağlı ölən və yaralılar haqqında məlumat verilməyib.
Qeyd edək ki, ötən il martın 5-də Türkiyə və Rusiya arasında İdlibdə atəşkəs haqda sənəd imzalanmışdı.