16 Sentyabr 2021 13:26
2 480
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın sabiq prezidenti Barak Obama hökumət başçısı olaraq ilk xarici səfərini Türkiyəyə etdiyini və bunun çox möhtəşəm olduğunu deyib.

Teleqraf.com xəbər verir ki, bir beynəlxalq tədbirdə çıxış edən Obama prezidentliyi dövründə Türkiyəyə etdiyi səfər və digər məsələlər haqda düşüncələrini paylaşıb.

“Prezident olaraq xaricə ilk səfərimdə İstanbula baş çəkdim və bu çox möhtəşəm idi. Türkiyə möhtəşəm insanların yaşadığı ecazkar ölkədir. Bəlkə də İstanbulda etdiyim ən mənalı şey inanılmaz gənclərlə görüşmək idi”, - Obama bu səfərin onun üçün böyük təcrübə olduğunu deyib.

Sabiq prezident İstanbuldakı Sultam Ahmet məscidi haqda da fikirlərini açıqlayıb:

“Sultan Ahmet məscidi sizi heyrətləndirən və keçmişi, bu günü və gələcəyi arasında əlaqə yaratmağa imkan verən dünyanın xüsusi tarixi məkanlarından biridir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər