16 Sentyabr 2021 22:14
1 309
12 Punto 14 Punto 16 Punto 18 Punto

PKK terror təşkilatının Avropa şəbəkəsinin qurulmasında rol oynayan iki şəxs Norveç parlamentinə seçilib.

Teleqraf.com xəbər verir ki, PKK-nın iki üzvü Səhər Aydar və Mani Hüseyni təşkilatın Norveç və Avropadakı fəaliyyətlərində fəal rolları ilə seçilir.

Aydar təşkilatın Norveçdəki əsas simalarından biridir. Osloda “Həmrəylik Mərkəzi” adı altında qurulan təşkilatın rəhbəridir. Üstəgəl, Səhər Aydarın adı tez-tez PKK-nın Norveçdəki təşkilatları ilə birgə hallanır.

32 yaşlı Aydar qeyri-hökumət təşkilatları vasitəsi ilə terror təşkilatının maliyyələşdirilməsində mühüm rol oynayır. O, həm də PKK-nın media sahəsindəki əsas simalarından biridir. Aydar eyni zamanda Norveçin siyasi partiyalarından biri olan Qırmızı Partiyanın gənclik təşkilatının rəhbəridir.

33 yaşlı Mani Hüseyni isə Suriyanın Qamışlı şəhərində anadan olub. Norveçdən əvvəl ailəsi ilə birlikdə İsveçdə yaşayan Hüseyni Fəhlə Partiyasından parlamentə seçilib. Mani Hüseyni tez-tez PKK-nın Avropadakı toplantılarında iştirak edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər