Niderlandın xarici işlər naziri rəhbəri Siqrid Kaaq istefa verib.
Teleqraf.com xəbər verir ki, S.Kaaqın istefa verməsinə səbəb parlamentin aşağı palatasının Əfqanıstandan təxliyənin pis təşkil edilməsi səbəbindən ona etimad göstərməməsi olub.
Kaaq parlamentdəki səsvermədən sonra istefa vermək məcburiyyətində deyildi, ancaq partiyaların bu mövzuda fikirlərini nəzərə alaraq istefa verməyi seçib.
Sabiq nazir "Demokratlar 66" partiyasının rəhbəri vəzifəsində işini davam etdirəcək.