17 Sentyabr 2021 11:17
1 261
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveçin Geteborq şəhərində Rusiya adına casusluq edən şəxsə 3 il həbs cəzası verilib.

Teleqraf.com xəbər verir ki, Scania avtomobil istehsalçısının məxfi texniki məlumatlarını ələ keçirən Kristian Dimitrievsi ona verilən pul qarşılığında məlumatı ruslara satıb.

Bildirilir ki, həmin şəxs 2016-cı ildə Stokholmdakı Rusiya səfirliyində çalışan diplomatla təmasda olub və 2019-cu ildə həmin diplomatla restoranda görüşdüyü zaman həbs olunub.


Müəllif: Cavad

Oxşar xəbərlər