6 May 2014 12:28
1 143
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Şərqdə eskalasiyanın təşkilini davam etdirəcək. Bu barədə Avropa üzə NATO Ali baş komandanı, general Filip Bridlav bəyan edib.

Teleqraf.com-un xarici mətbuata istinadən yaydığı məlumata əsasən, Bridlav hesab edir ki, Rusiya Ukraynaya qoşun yeritməyəcək. “Hələ bir həftə əvvəl Rusiya qoşunlarının Ukraynaya girməsi gözlənilən idisə, bu gün bu addımın mümkünlüyünə inanmıram”, - deyə, o bildirib.

Generalın sözlərinə görə, Rusiya bu gün apardığı siyasəti davam etdirəcək. “Ukrayna hakimiyyətini nüfuzdan salmaq, ölkədə qarşıdurmalar yaratmaq, separatçı hərəkat üçün zəmin yaratmaq – hazırda Rusiyanın əsas siyasi məqsədidir”, - deyə, Bridlav Ottavada keçirilən konfransda bildirib.

O, həmçinin Ukraynanın şərqində rus ordularının mövcudluğuna şübhə etməsə də, Slavyanskda Ukrayna helikopterlərinin kim tərəfindən vurulduğu əminliklə iddia edə bilməz. “Bunu araşdırdıqdan sonra dəqiq bilmək olar”, - deyə, o bildirib.

Ülviyyə


Müəllif: