Fransa Avstraliya ilə arasında imzalanan 90 milyard dollarlıq nüvə sualtı anlaşmasından kənarda qalıb.
Teleqraf.com xəbər verir ki, 2016-cı ildə imzalanan müqaviləyə əsasən, Avstraliya Fransadan 12 nüvə sualtı gəmisi sifariş edib.
Fransanın bu razılaşmadan qazancı 90 milyard dollar olacaqdı. Ancaq ABŞ və İngiltərə ani addım ataraq Avstraliyaya nüvə sualtı dəstəyi verməyə qərara gəliblər.
Bu çərçivədə üç ölkə arasında Təhlükəsizlik Əməkdaşlıq Sazişi imzalanıb. Sualtı qayıqlara ABŞ və İngiltərədən zəmanət alan Avstraliya Fransadakı sifarişi ləğv edib.