19 Sentyabr 2021 01:23
1 310
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistanın Baş naziri İmran Xan “Taliban” hərəkatı ilə dialoqa başlandığını elan edib.

Teleqraf.com xəbər verir ki, bu haqda İmran Xan özünün Tvitter səhifəsində məlumat verib.

Baş nazir qeyd edib ki, dialoq Əfqanıstanda inklüziv hökumət yaradılmasına yönəldilib: "Hökumət formalaşdırılarkən taciklərin, özbəklərin və xəzərlərin nümayəndələrindən də istifadə olunmalıdır. Hökumətdə ölkədə yaşayan bütün etnik qrupların təmsil olunması 40 illik münaqişədən sonra Əfqanıstanda sülhün və sabitliyin bərpasını təmin edəcək ki, bu da region ölkələrinin maraqlarına cavab verəcək".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər