20 Sentyabr 2021 10:46
1 299
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərə Baş naziri Boris Conson ölkəsinin Fransaya rəğbət bəslədiyini, AUKUS razılaşması ilə əlaqədar qalmaqaldan və Fransa sualtı gəmilərinin Avstraliyaya tədarük müqaviləsinə xitam verilməsindən sonra onunla münasibətləri yaxşılaşdırmaq istədiyini söyləyib.

Teleqraf.com xəbər verir ki, Nyu-Yorka gedən baş nazir jurnalistlərin suallarını cavablandırıb.

“Fransa ilə əlaqələrimizdən çox qürur duyuruq”, - baş nazir bildirb.

Conson İngiltərə və Fransanın Mali və Baltikyanı ölkələrdə hərbi sahədə əməkdaşlıq etdiyini xatırladıb.

Bundan əvvəl İngiltərə Baş naziri Boris Conson, ABŞ Prezidenti Co Bayden və Avstraliya Baş naziri Skott Morrison AUKUS müdafiə və təhlükəsizlik ittifaqının qurulması haqda müqavilə imzalayıblar. İttifaqın ilk addımı Avstraliya donanması üçün nüvə sualtı gəmilərinin istehsalı olacaq. Avstraliya hökuməti bundan sonra Fransa ilə 90 milyard dollarlıq müqaviləyə xitam verib.

Avstraliyadakı səfirini geri çağıran Fransa bu addımı “xəyanət” adlandırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər