Rusiyanın Perm Dövlət Universitetinə silahlı basqın olub.
Teleqraf.com-un məlumatına görə, hadisə nəticəsində 3 nəfər ölüb, 4-ü isə yaralanıb.
Silah səsləri tələbələr arasında təlaşa səbəb olub. Canlarını qurtarmaq istəyən tələbələr özlərini binadan aşağı atıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.