20 Sentyabr 2021 15:35
11 082
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İran Azərbaycana qarşı hər zaman düşmən mövqedə olub”.

Teleqraf.com xəbər verir ki, bunu “Cümhuriyət” qəzetinin baş redaktoru, siyasi ekspert Rəfail Becanov deyib.

Ekspert İran ordusunun Azərbaycanla sərhəd bölgələrində keçirdiyi hərbi təlimlərə diqqət çəkib:

“SEPAH sərhəd boyu 100 təlim keçəcəksə belə, nə dəyişəcək? Sadəcə, özünü güclü göstərmək istəyir. Dövlətlər də adamlar kimidir. Özündə nə yoxdursa, ondan daha çox danışar. İranın gücümü var? ABŞ İraqda Səddam Hüseyni cəzalandıranda çoxları deyirdi ki, İraqın 250 minlik ordusu var, müqavimət göstərəcək, ABŞ-ı ikinci Veytnam gözləyir. Nə oldu? Bir həftə çəkmədi ki, Səddam devrildi, İraq əsarətdən qurtuldu.

İran rəsmiləri də hərbdən, güclü ordudan, təlimdən nə qədər danışırlar, qoy danışsınlar. O dedikləri güc bir həftəlik olmasın, olsun iki həftəlik. Son eynidir.

Təlim özünü göstərməkdir. İranı da hamı görür. Bütün dünya bilir ki, Azərbaycanın qonşuluğunda 40 milyon azərbaycanlını öz təbii haqlarından məhrum edən, müsəlman Azərbaycan dövlətinin torpaqlarını işğal edib 30 il öz nəzarətində saxlayan Ermənistanın ən yaxın müttəfiqi olan və İslam pərdəsinə bürünmüş bir İran var. O İran ki, Ermənistan Şuşada, Ağdamda, Cəbrayılda və digər işğal olunan ərazilərdə məscidləri donuz fermasına çevirəndə səsi çıxmadı! O İran ki, Ermənistan bizi təhdid etsin deyə hər zaman onlara dəstək oldu. O İran ki, işğal altında olan torpaqlarda “Ohanyan səddi” deyilən beton divarların qurulmasında Ermənistana hər cür dəstək verdi. Amma Ermənistanın və İranın birgə qurduğu o beton sədd Azərbaycanın bir həmləsində yerlə-yeksan oldu.

İndi bir yox, min təlim keçirsinlər. Azərbaycanın İrana münasibətini nəsə dəyişdiəsi deyil. İran Azərbaycana qarşı hər zaman düşmən mövqedə olub”.

Rəfail Becanov qeyd edib ki, İran üçün dini zəmin dövlət varlığını qorumaq üçün manipulyasiyadır:

“İranın ali dini rəhbəri ayətulah Seyid Əli Xameneyinin Ərdəbil vilayəti üzrə nümayəndəsi Amili kimi adamların təhdidlərini, danışıqlarını ən yaxşı halda sayıqlama adlandırmaq mümkündür. Sayıqlamalar isə yuxuda olur”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər