11 Noyabr 2014 15:23
1 783
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyada toqquşma anında çəkilərək, internetdə yayımlanan bu videogörüntüsü dəhşət saçır.

Teleqraf.com “Cihan” agentliyinə istinadən xəbər verir ki, videoda balaca uşağın Suriya prezidenti Bəşər Əsədə sadiq hərbçilərin atəş açdığı bir vaxtda azyaşlı qızı canı bahasına xilas etdiyi görünür. Uşaq ona atılmış güllələrə əhəmiyyət vermədən, kiçik qızı təhlükəsiz yerə aparmağı bacarır.

Sosial mediada izləmə rekordu qıran görüntüdə Əsəd qüvvələrinin Suriyada bir evi intensiv atəşə məruz qoyduğu, bu zaman evdən təlaş içində bir şəxsin qaçdığı və yerdə uzanan hərəkətsiz uşaq diqqəti çəkir.

Videonu çəkən şəxslər ilk olaraq uşağın öldüyü haqqında öz aralarında danışır. Bir anda ayağa qalxan uşaq sürətlə qaçmağa başlayanda, Əsəd əsgərlərinin intensiv atəşinə tuş gəlir. Yerə yıxılaraq ölü kimi görünən uşaq, daha sonra ikinci bir həmlə edərək yanmış bir maşının arxasında gizlənən qız uşağının qolundan tutaraq, təhlükəsiz yerə aparır.

Samir


Müəllif: