21 Sentyabr 2021 18:15
753
12 Punto 14 Punto 16 Punto 18 Punto

Saxa Respublikası (Yakutiya) ərazisindəki vahid seçki dairəsində protokollar tam sayıldıqdan sonra Rusiya Federasiyası Kommunist Partiyasının 35,15% səs toplayaraq qalib gəldiyi məlum olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Saxa Respublikası (Yakutiya) Mərkəzi Seçki Komissiyasının sədri Yevgeni Fedorov bildirib.

“Rusiya Federasiyası Kommunist Partiyası 35,15%, “Vahid Rusiya” partiyası 33,22%, respublikamızda üçüncü yeri isə tamamilə yeni siyasi partiya – “Yeni insanlar” (9,87%) tutub. Dördüncü yerdə “Ədalətli Rusiya - Vətənpərvərlər - Həqiqət naminə” (8,19%), beşinci yerdə Rusiya Liberal Demokrat Partiyası (5,14%) qərarlaşıb”, - deyə Yevgeni Fedorov söyləyib.

Qeyd edək ki, 2021-ci ilə olan məlumata görə, Saxa Respublikasının (Yakutiya) əhalisinin sayı 981 971 nəfərdir. Onlardan 466 492 (49,9%) nəfəri yakut, 353 649 (37,8%) nəfəri rusdur.

Yakutlar türk xalqıdır, yerli əhalidir. Yakut dili türk dilləri qrupuna daxildir, rus dili ilə yanaşı Saxa Respublikasının (Yakutiya) rəsmi dilidir.


Müəllif: Səxavət

Oxşar xəbərlər