22 Sentyabr 2021 15:50
765
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezidenti Vladimir Zelenskinin köməkçisi Sergey Lefirə sui-qəsd təşkil edilib.

Teleqraf.com xəbər verir ki, prezident köməkçisininin olduğu avtomobilə ondan çox güllə dəyib.

Paytaxt Kiyevdə baş verən sui-qəsd cəhdi zamanı Sergey Şefirin sürücüsü 3 güllə yarası alıb. Onun durumunun ağır olduğu bildirilir.

Ukrayna Daxili İşlər Nazirliyi faktı təsdiqləyib. Bildirilib ki, artıq hadisə ilə bağlı araşdırmalara başlanılıb və sui-qəsd cəhdini həyata keçirilənlərin saxlanılması üçün xüsusi qruplara təlimat verilib.

Qeyd edək ki, prezident köməkçisinə sui-qəsdin bu gün səhər saat 10:00-da baş verib.


Müəllif: Cavad