Liviya şərqindəki qeyri-qanunu qüvvələrin lideri general Xəlifə Haftar dekabrın 24-də keçiriləcək prezident seçkilərində iştirak etmək üçün “səlahiyyətlər”ini üç aylıq təhvil verib.
Teleqraf.com xəbər verir ki, Haftar liderliyindəki hərbi qüvvələrin baş qərargah rəisi Əbdürrəzzaq ən-Nəzurini öz yerinə təyin edib.
Nəzurinin dekabrın 14-dək Haftarı əvəz edəcəyi bildirilib.
Prezident Şurası və tabeliyindəki Milli Birlik Höküməti BMT tərəfindən Liviyanın legitim hökuməti sayılır. Şura rəhbəri Məhəmməd əl-Mənfi Liviya ordusunun ali baş komandanıdır.
Ancaq ölkənin şərqindəki qiyamçı qüvvələrə rəhbərlik edən Haftar legitim hökuməti tanımır, Liviya Silahlı Qüvvələrinin baş komandanı olduğunu iddia edir.