23 Sentyabr 2021 13:06
3 878
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ və İsrail İranla nüvə danışıqlarının uğursuz olacağı ehtimalına qarşı B planını gizli şəkildə müzakirə edirlər.

Teleqraf.com xəbər verir ki, bu barədə “Wala News” məlumat yayıb.

Mənbə ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Cek Sallivanın ötən həftə israilli həmkarı Eyal Hulata ilə telekonfrans vasitəsilə görüşdüyünü bildirib.

Görüş zamanı İranla nüvə danışıqlarının uğursuz olacağı ehtimalına qarşı mümkün B planının müzakirə edildiyi deyilib.

Məlumatda qeyd edilib ki, İranla nüvə danışıqları bərpa olunmasa, Vaşinqton Tehrana əlavə sanksiyalar tətbiq edəcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər