ABŞ-da yeni çapdan çıxan “Baydenlər: Ailənin iktidara yüksəlişinin 50 ili” adlı kitabda Baydenin oğlu Hunter və qardaşı Jim Baydenin siyasi nüfuzdan faydalanaraq şirkətləri ələ keçirdiyi iddia edilir.
Müəllif Ben Şrekngerin kitabında qeyd olunur ki, Hunter Baydenin əsas işi ailənin yaxşı həyat sürməsini təmin etməkdir. Kitabda oğul Jim Baydenin bu işdə əmisinə köməklik etdiyi iddia edilir.
Əsərdə Co Baydenin siyasi karyerasından bəhs edilərkən oğul Hunter və qardaş Jimin Antoni Lotitonun 2006-cı ildə sərbəst yatırın fondu işinə necə girdiyi, Co Baydenin siyasi gücündən necə istifadə etdikləri gün işığına çıxarılır.
Kitabda Lotitonun Jim və Hunter Bayden tərəfindən satın alınması üçün dostlarını prosesə qoşduqları, keçmiş ortaqlarının siyasi əlaqələrindən istifadə etdikləri iddiası ilə 2007-ci ildə məhkəmə davası açıldığı xatırladılır. Ancaq Baydenin ikinci dəfə prezidentliyə namizədliyini açıqlanmasından öncə tərəflər razılaşma əldə ediblər.
Kitabda prezidentin qardaşı Jim Bayden satın almaq istədiyi Paradigm şirkəti rəhbərlərinin birinə narahat olmamasını dediyi, dünyanın hər yerində Co Baydenə yatırım etmək istəyənlərin olduğunu - bildirməsi ortaya çıxır.
Qeyd edək ki, Donald Tramp dövründə Co Baydenin oğlu Hunter Baydenin Ukraynada qara işlərlə məşğul olmasına dair fikirlər ABŞ mediasının gündəmindən düşmürdü.