23 Sentyabr 2021 12:30
2 418
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Konqresinin Nümayəndələr Palatasının Tənzimləmə Komitəsi insan haqları pozuntuları ilə məşğul olan 35 rusiyalı məmur, iş adamı və jurnalistə qarşı sanksiyaların tətbiq edilməsini tövsiyə edən qanun layihəsini təsdiqləyib.

Teleqraf.com xəbər verir ki, siyahıda Rusiyada Prezidenti Vladimir Putinə yaxın şəxslərin adları da diqqət çəkib.

Siyahıdakı əsas şəxslər arasında Rusiya Baş naziri Mixail Mişustin, prezidentin mətbuat katibi Dmitri Peskov, Federal Təhlükəsizlik Bürosunun rəisi Alekdandr Bortnikov, “Rosqvardiya”nın rəisi Viktor Zolotov, İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin, səhiyyə naziri Mixail Muraşko, Moskva meri Sergey Sobyaninin adları var.

Bundan əlavə, iş adamları Roman Abramoviç, “Rosneft”in rəhbəri İqor Seçin, “Qazprom”un rəhbəri Aleksey Miller, “Rossiya Seqodnya” və RT telekanalının baş redaktoru Marqarita Simonyan, “ Kanal 1”-in rəhbəri Konstantin Ernst və digər qurumların rəhbərlərinə də sanksiyalar tətbiq olunub.

Qanun layihəsinin müəllifi demokrat konqresmen Tom Malinovskidir. O, qanunun qəbulundan sonra 180 gün ərzində Prezident Co Baydenin qeyd olunan şəxslərdən birinin “Maqnitski” qanununa əsasən sanksiyalar siyahısına daxil edilib-edilməməsi ilə bağlı rəyi müvafiq Konqres komitələrinə təqdim etməsini təklif edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər