“300 il əvvəl Rusiya imperiyasının bir hissəsi olan Baltikyanı ölkələr siyasi və mədəni müstəqilliklərini qoruyaraq iqtisadi üstünlüklər əldə etdilər, amma bu gün imperiya irsindən məmnuniyyətlə istifadə edərkən bunu xatırlamağa lüzum görmürlər”.
Teleqraf.com xəbər verir ki, bu sözləri Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin deyib.
“İmperiyaya qoşulmaqdan iqtisadi üstünlük təmin edən, eyni zamanda o dönəmlərdə əhəmiyyətli dərəcədə siyasi və mədəni müstəqilliklərini qoruyan Baltikyanı ölkələrə diqqət çəkərdim. Təəssüf ki, bu gün bunları xatırlamamağı üstün tuturlar, eyni zamanda böyük məmnuniyyətlə həm Rusiya imperiyası, həm də Sovet İttifaqı mirasından istifadə edirlər”, - Narışkin bildirib.