Amerikalı professor Jeb Spreyq ABŞ-ın keçmiş prezidenti Corc Buşun həbsini tələb edib.
Teleqraf.com xəbər verir ki, Spreyq Buşu milyonlarla iraqlı və on minlərlə amerikalının ölümündə, eləcə də fosfor silahlarından istifadə etməkdə günahlandırıb.
Professorun çıxış etdiyi tədbirin aparıcısı onu buna görə tamaşaçılara “hörmətsizlik”də ittiham edib. Spreyqi bununla bağlı sabiq prezidentin özünə müraciət etməyə çağırıb.