24 Sentyabr 2021 08:40
842
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Hərbi Hava Qüvvələri İraqın şimalındakı Metina ərazisində PKK terror təşkilatının silahlılarını zərərsizləşdirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilir ki, əməliyyat zamanı iki terrorçu məhv edilib. Nazirlik terrorçuların zərərsizləşdirilməsi üzrə qətiyyətli əməliyyatın davam etdiriləcəyini bildirib.

Xatırladaq ki, 1984-cü ildə ortaya çıxan PKK silahlıları Türkiyədə minlərlə dinc sakini, həmçinin təhlükəsizlik qüvvələrinin əməkdaşlarını qətlə yetiriblər.

ABŞ və Avropa İttifaqı PKK-nı terror təşkilatları siyahısına salıb.


Müəllif: Teleqraf.com